Beynəlxalq turnirə vəsiqə verən ölkə çempionatı başlandı - VİDEO
Akademik avarçəkmə, kayak və kanoe üzrə Azərbaycan çempionatına start verilib.
Mediasport.az xəbər verir ki, Mingəçevir şəhərində yerləşən "Kür" Olimpiya Tədris-İdman Mərkəzində keçirilən yarışda Bakı və Mingəçevirdən olan 100-dən artıq idmançı mübarizə aparır.
Ölkə çempionatında avarçəkənlər kayak və kanoe növlərində 1 və 2 nəfərlik qayıqlarda 200, 500 və 1000 metr məsafədə çıxış edirlər.
Akademik avarçəkmədə iştirakçılar 1, 2 və 4 nəfərlik qayıqlarda 1000 və 1500 metr məsafədə güclərini sınayırlar.
Qalib idmançılar diplom və medallarla mükafatlandırılmaqla yanaşı, oktyabrda baş tutacaq ənənəvi "Mingəçevir Reqatası" beynəlxalq turnirində iştirak etmək hüququ qazanacaq.