Millimizlə Avropa çempionu olmuş Hümmətova karyerasını başa vurdu
Azərbaycanın daha bir tanınmış bədii gimnastı karyerasını başa vurub.
Mediasport.az xəbər verir ki, millimizin heyətində Avropa çempionu olmuş Zeynəb Hümmətova idmançı fəaliyyətini yekunlaşdırdığını açıqlayıb.
2015-ci ildən Azərbaycanı beynəlxalq yarışlarda təmsil edən 25 yaşlı gimnast dünya çempionatının bürünc, Avropa çempionatının gümüş və yeddiqat bürünc mükafatçısıdır.
Qeyd edək ki, ibir neçə gün əvvəl Zöhrə Ağamirova da karyerasını bitirib.