Azərbaycanın dünya çempionu Avropada ilin idmançısı seçilə bilər

Azərbaycanın dünya çempionu Avropada ilin idmançısı seçilə bilər

Avropada gimnastika üzrə 2023-cü ilin ən yaxşı idmançısı və məşqçisi adına namizədlərin siyahısı açıqlanıb.

Mediasport.az xəbər verir ki, siyahıda Azərbaycan təmsilçiləri də yer alıblar.

Tamblinq üzrə milli komandamızın lideri Mixail Malkin ilin idmançısı, yığmamıza rəhbərlik edən Adil Hüseynzadə isə ilin məşqçisi adını qazana bilər.

Hər nominasiya üzrə qaliblər azarkeşlər arasında keçirilən səsvermənin nəticələrinə əsasən seçiləcəklər.

Qeyd edək ki, Mixail Malkin ötən il Böyük Britaniyanın Birmingem şəhərində keçirilmiş batut gimnastikası və tamblinq üzrə dünya çempionatında qızıl medal qazanıb.

Adil Hüseynzadənin başçılıq etdiyi yığma da həmin turnirdə dünya çempionu olub.