Azərbaycanın qadın komandası Meksika klubunu darmadağın etdi
Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (ARVK) kişi və qadınlardan ibarət futbol komandaları Dubayda hüquqşünaslar arasında təşkil edilən və dünya çempionatı sayılan “Mundiavocat 2024” (Mundiavocat, World Football Cup for Lawyers) turnirinə qələbə ilə başlayıblar.
Mediasport.az xəbər verir ki, kişilərdən ibarət “Advokat” komandası Özbəkistan yığmasını darmadağın edib - 8:0.
Qadınlardan ibarət Azərbaycan təmsilçisi “Legal Eagles” isə Meksikanın “Tixuana” komandasına şans verməyib - 5:0.
“Advokat” növbəti görüşdə Mərakeşin “Kasablanka”, “Legal Eagles” Qazaxıstanın “Bereke” komandası ilə qarşılaşacaq.