DÇ-2022 onlar üçün milli komandada son olacaq - "SÖNƏN ULDUZLAR"
İlk dəfə fərqli mövsümdə keçiriləcək Dünya çempionatının startına 18 gün qalır.
mediasport.az xəbər verir ki, mundiala ev sahibliyi edəcək Qətərə yollanacaq bir çox məşhur futbolçu milli karyerasını bu DÇ-dən sonra başa vuracaq.
Başda dünya futbolunun canlı əfsanələri - Kriştiano Ronaldo və Lionel Messi olmaqla, Qətər-2022, böyük ehtimal, Xorvatiya yığmasının əfsanələrindən 37 yaşlı Luka Modriç, İspaniya millisinin canlı əfsanəsi Serxio Ramos, eləcə də Jordi Alba, Bundestimdən Dünya çempionu Tomas Müller, həmçinin qapıçı Manuel Noyer, Braziliyadan Tyaqo Silva və Argentinadan Anxel di Mariya üçün yığma karyeralarının yekunu kimi tarixə düşəcək.