Mənsimovun zəlzələ bölgəsinə etdiyi yardımlar canlı efirdə səsləndirildi
Türkiyə, Azərbaycan və Şimali Kiprdə fəaliyyət göstərən televiziya və radio kanalları “Türkiyə, tək ürək” adı altında zəlzələdən zərər çəkənlərə yardım kampaniyası çərçivəsində ortaq yayım həyata keçiriblər.
mediasport.az xəbər verir ki, tarixə qovuşmuş “Xəzər Lənkəran”ın keçmiş prezidenti, “Palmali Holding”in prezidenti Mübariz Mənsimov da bu kampaniyaya qoşulub.
Azərbaycanlı iş adamının nümayəndəsi canlı efirdə Hülya Avşara zəng edərək, “Palmali Holding” rəhbərinin də zəlzələ baş verən gündən yardımlar etdiyini bildirib. Mənsimovun 2 milyon lirə, 200 prefabrik ev, 130 çadırdan ibarət çadır şəhərciyi, mənzil tikintisində 100 evin tikilməsində sponsorluq və 500 tələbəyə təhsil dəstəyi verəcəyini qeyd edib.
Vurğulayaq ki, “Palmali Holding” zəlzələnin ilk günündə zərərçəkənlər üçün 25 milyon TL ayırmışdı.