Qarabağda bir oyun və ya türk ölkələrinin iştirakı ilə yarış keçiriləcək

Qarabağda bir oyun və ya türk ölkələrinin iştirakı ilə yarış keçiriləcək

"Qarabağda bir oyun və ya türk ölkələrinin iştirakı ilə yarış keçiriləcək".

MediaSport.az xəbər verir ki, belə məlumatla "Qalatasaray"ın prezidenti Dursun Özbək çıxış edib.

Klub rəhbəri bildirib ki, "cim-bom" Qarabağ məsələsində öz mövqeyini göstərmək üçün qardaş klub kimi məhz "Qarabağ"ı seçib:

"Bu münasibətlərin uzunmüddətli əməkdaşlığın ilk addımı olacağına əminəm. Hesab edirəm ki, bu mühüm əməkdaşlığın mərhum Heydər Əliyevin anadan olmasının 100 illiyində reallaşması çox dəyərlidir. Qardaş və dost münasibətlərimizin davamlı, uzunmüddətli olacağından əminəm".

Qeyd edək ki, "Qarabağ"la "Qalatasaray" arasında bu il martın 26-da qardaşlıq oyunu keçirilmiş və qarşılaşmadan əldə edilən bütün gəlirlər fevralın əvvəlində Türkiyədə baş vermiş dəhşətli zəlzələdə zərər çəkənlərin ailələrinə yardım məqsədilə qardaş ölkəyə göndərilib.