Azərbaycan çempionu məlumdur

 Azərbaycan çempionu məlumdur

Kişi həndbolçular arasında Azərbaycan çempionu müəyyənləşib.

Mediasport.az xəbər verir ki, 30-cu turda Mingəçevirdə yerli "Kür" komandası "Bakı" ilə üz-üzə gəlib.

Rəqibini 23:18 hesabı ilə üstələyən "Kür" Azərbaycan çempionu olub.

“Bakı” isə yarışın gümüş medallarını qazanıb.

Bir gün əvvəl “Azəryol” komandası 3-cü yeri tutub.