UEFA-nın reytinq cədvəli: Azərbaycan bir pillə gerilədi

UEFA-nın reytinq cədvəli: Azərbaycan bir pillə gerilədi

UEFA Avropa Liqasında əsas mərhələnin startı ilə reytinq cədvəli yenilənib.

Mediasport.az xəbər verir ki, ilk tur görüşlərindən sonra sıralamada dəyişikliklər olub.

Azərbaycan reytinqdə 1 pillə geriləyib.

Londonda "Tottenhem"ə məğlub olan (0:3) “Qarabağ” ölkə reytinqinə xal qazandıra bilməyib.

19,125 əmsalla 27-ci yerə düşən ölkəmizi Rumıniya qabaqlayıb. Rumınlar Bolqarıstanı qabaqlamağa da müvəffəq olublar.

Reytinqə 90,589 əmsalla İngiltərə başçılıq edir.