Azərbaycanlı futbolçu Albaniya Superliqasında 4-cü qolunu vurub
Futbol üzrə Albaniya Superliqasında 14-cü turun oyunları keçirilir.
Mediasport.az xəbər verir ki, azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin formasını geyindiyi "Eqnatia" səfərdə "Laçi"nin qonağı olub.
71-ci dəqiqədə meydana daxil olan 28 yaşlı futbolçumuz komandasının 2:0 hesablı qələbəsində rol oynayıb.
8 dəqiqə sonra adını tabloya yazdıran İsgəndərli cari mövsüm Superliqada vurduğu qolların sayını 4-ə çatdırıb.
Xal ehtiyatını 30-a çatdıran Vüsalın komandası zirvədəki mövqeyini qoruyub.