Ruslan Abışov sonuncu dəfə "Neftçi" formasını geyinib və ...
Peşəkar futbolçu karyerasını ötən ay başa vurmuş Ruslan Abışov vida matçına çıxıb.
Mediasport.az xəbər verir ki, veteran müdafiəçi "Neftçi" formasıyla "Zenit"lə yoldaşlıq görüşdə sonuncu dəfə meydana çıxıb.
Abışova xatirə hədiyyəsini "ağ-qaralar"ın tarixinin bombardiri Samir Ələkbərov təqdim edib.
Start heyətdə yer alan kapitan 4-cü dəqiqədə əvəzlənib və alqışlarla yola salınıb.
Qeyd edək ki, Ruslan karyerası ərzində ölkəmizdə "Neftçi", "Xəzər Lənkəran", "Qəbələ", "İnter" (hazırkı "Şamaxı"), "Sabah" və Rusiyada "Rubin" klublarında çıxış edib.
36 yaşlı müdafiəçi Azərbaycan millisində 56 oyun keçirib və 4 qol vurub.