"Neftçi"dən ayrılan forvard Norveç klubu ilə müqavilə bağlayıb
Qış fasiləsi zamanı "Neftçi"dən göndərilən Aaron Olanarenin yeni klubu müəyyənləşib.
Mediasport.az xəbər verir ki, Bakı klubunda cəmi 6 ay oynayan və ümdiləri doğrultmayan forvard karyerasını Norveçdə davam etdirəcək.
Nigeriyalı hücumçu "Molde" ilə müqavilə bağlayıb.
Qeyd edək ki, 29 yaşlı forvard "ağ-qaralar"ın heyətində 12 oyuna 1 qol vurmuşdu.