AVRO-2023: Azərbaycan millisi Serbiyaya böyük hesabla uduzub
17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün AVRO-2023-ün seçmə mərhələsində mübarizəyə başlayıb.
Mediasport.az xəbər verir ki, dördüncü qrupda yer alan yığma ilk sınağında Serbiya seçməsi ilə qarşılaşıb.
Stara Pazova şəhərindəki idman mərkəzinin stadionunda oynanılan görüş millimizin böyükhesablı məğlubiyyəti ilə yekunlaşıb - 1:5.
Qrupun digər oyununda Lüksemburq Sloveniya ilə bərabərə qalıb - 1:1.
Azərbaycan millisi qrupda növbəti matçlarını oktyabrın 24-də Sloveniyaya, 27-də isə Lüksemburqa qarşı keçirəcək.
Dördüncü qrupun qarşılaşmalarına Serbiya ev sahibliyi edir. Qitə birinciliyinin əsas final mərhələsi may ayında Macarıstanda keçiriləcək.