Azərbaycanlı hakim-inspektor Çempionlar Liqasına dəvət alıb
Beynəlxalq dərəcəli hakim-inspektor Elçin Səmədli UEFA-dan növbəti təyinat alıb.
Mediasport.az xəbər verir ki, o, futzal üzrə Çempionlar Liqasının matçlarında iş başında olacaq.
E.Səmədli 6-cı qrupun görüşlərində iştirak edəcək. Bu qrupda “Gentofte” (Danimarka), “Riqa” (Latviya), “Radnik Bijeljina” (Bosniya və Herseqovina) və “Plzen” (Çexiya) komandaları mübarizə aparacaqlar.
Oyunlar oktyabrın 25-dən 28-dək Çexiyada təşkil olunacaq.