Qriqorçuk yeni transfer haqda: "O, bizim üçün vacib fiqur olacaq"

Qriqorçuk yeni transfer haqda: "O, bizim üçün vacib fiqur olacaq"

“Neftçi”nin baş məşqçisi Roman Qriqorçuk klubun yeni transferi Andrey Ştoqrin haqqında danışıb.

Mediasport.az xəbər verir ki, ukraynalı mütəxəssis klubun saytına açıqlamasında həmyerlisinin “Neftçi” üçün vacib fiqur olacağına inandığını bildirib:

“İnanıram ki, Andrey komandamız üçün vacib fiqur olacaq. O, bir neçə mövqedə oynamağı bacaran universal və ağıllı futbolçudur. Ştoqrin həm hücumda, həm də müdafiədə eyni gücdə mübarizə apara bilir. Taktiki planda çox savadlı, fiziki anlamda isə qüvvətlidir. Ona ümidlərimiz böyükdür”.

Qeyd edək ki, "Neftçi" 25 yaşlı hücumçu ilə 3 illik müqavilə imzalayıb.

O, komandada 88 nömrəli formanı geyinəcək.