"Çempionat oyunudur, qərb derbisi mənə görə prinsipiallıq daşımır"
"Kəpəz"in futbolçusu Paçu Lira klubun mətbuat xidmətinə açqlama verib.
Mediasport.az xəbər verir ki, o, "sarı-göylər"in 11-ci turda bu mövsüm kifayət qədər uğurlu çıxış edən "Turan Tovuz"la oyunu haqda danışıb:
"Ötən mövsümü rəqib komandanın heyətində oynamışam. Qərb derbisi mənə görə prinsipiallıq daşımır. Növbəti çempionat oyunudur. Düzdür, əzəli rəqabəti nəzərə alaraq matçın prinsipial olduğunu deyə bilərik. Meydana qələbə üçün çıxacağıq. Əla oyun olacaq. Rəqib düşərgədə çoxlu dostlarım var. Tovuzdakı dostlarıma qarşı oynamaq maraqlı olacaq. Mübarizəyə hazıram və onları məğlub edə biləcəyimizə inanıram".
Braziliyalı forvard Gəncə təmsilçisinin cari mövsüm Elitadakı çıxışından da söz açıb:
“Hər iki komanda qələbə istəyində olduğundan futbolçuları ağır, azarkeşləri maraqlı matç gözləyir. Mövqeyimiz yaxşı deyil. Vəziyyəti düzəltmək üçün hər oyuna uğurlu nəticə qazanmaq üçün çıxırıq. Bütün qarşılaşmalar bizim üçün önəmlidir. Oyuna yaxşı hazırlaşmaq üçün həftəlik məşq proqramını uğurla keçirik. Hər şey normaldır. Derbinin məsuliyyətini anlayırıq".
"Turan Tovuz" - "Kəpəz" matçı oktyabrın 25-də, 19:00-da başlayacaq.