"Qarabağ" tarixi möcüzənin astanasında dayandı - YENİLƏNDİ
Azərbaycan futbolu tarixində ilkə imza ataraq UEFA Avropa Liqasında 1/8 finala vəsiqə qazanan "Qarabağ" daha bir möcüzəni reallaşdırmağa çox yaxın olsa da, son anda bəxt üzümüzə gülmədi.
Mediasport.az xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi komanda çətin Almaniya səfərində bu mövsüm 36 oyundur uduzmayan "Bayer"lə cavab matçında 0:2 hesablı üstünlüyü son saniyələrdə əldən verərək yarışda mübarizəni dayandırıb.
Bu, komandaların cari mövsümdə 4-cü dueli oldu.
Daha əvvəl qrup mərhələsində rəqibinə iki dəfə məğlub olan (1:5 və 0:1) Ağdam klubu almanlarla ötən həftə Bakıda bərabərə qalıb - 2:2.
UEFA Avropa Liqası. 1/8 final. Cavab oyunu
00:00 "Bayer" (Almaniya) - "Qarabağ" (Azərbaycan) 3:2
Qollar: Ceremi Frimponq, 72, Patrik Şik, 90+3, 90+7 - Abdullah Zubir, 59, Juninyo, 68.
Baş hakim: Entoni Teylor
Yan xətt hakimləri: Hari Besvik, Adam Nunn
Dördüncü hakim: Endryu Madli
VAR: Stüart Ettuell
AVAR: Jarred Qavan (hamısı İngiltərə)
Leverkuzen, "BayArena" stadionu, ilk matç - 2:2.
"Bayer": 17. Matey Kovar, 3. Pyero Hinkapye, 6. Odilon Kossunu, 7. Yonas Hofmann, 8. Robert Andrix (k), 9. Borxa İqlesias, 10. Florian Virts, 12. Edmond Tapsoba, 21. Amin Adli, 30. Ceremi Frimponq, 34. Qranit Caka.
Baş məşqçi: Şabi Alonso.
"Qarabağ": 99. Andrey Lunyov, 44. Elvin Cəfərquliyev, 55. Bədavi Hüseynov (k), 13. Bəhlul Mustafazadə, 29. Marko Veşoviç, 6. Julio Romao, 7. Yassin Benzia, 8. Marko Yankoviç, 15. Leandro Andrade, 10, Abdullah Zubir, 18. Juninyo.
Baş məşqçi: Qurban Qurbanov.