"Bura qələbə üçün gəlmişik, komanda olaraq oyuna hazırıq"
Estoniya millisinin üzvü Maksim Paskoçi UEFA Millətlər Liqasının 5-ci turunun Azərbaycanla matçından öncə mətbuat konfransında iştirak edib.
Mediasport.az xəbər verir ki, yığma üzvü jurnalistlərin suallarını cavablandırıb:
Oyundan gözləntiləriniz nədir?
- Bura qələbə qazanmaq üçün gəlmişik. Komanda olaraq oyuna hazırıq. Ümid edirəm ki, sabah istədiyimiz nəticəni əldə edəcəyik.
Qəbələdə oynamağın futbolçulara hansısa təsiri olacaq?
- Bizə lazım olan sadəcə, futbol meydançası və topdur. Bunun bizə təsir edəcəyini düşünmürəm.
Azərbaycan millisindən hansısa oyunçunu tanıyırsız?
- Mən üzərimə düşəni etmişəm, rəqibin hücumçularını təhlil etmişəm. Bundan daha önəmli olan komanda olaraq düzgün müdafiə olunmağımızdır.