Azərbaycanlı hakim uzun illərdən sonra UEFA-dan təyinat alıb
Sabiq FİFA referisi Babək Quliyevə uzun illərdən sonra UEFA-dan təyinat gəlib.
Mediasport.az saytına verilən məlumata görə, 49 yaşlı ədalət təmsilçisi ilk dəfə beynəlxalq oyunda hakim-inspektor kimi iş başında olacaq.
Quliyev U-19 Avropa çempionatının seçmə mərhələsinin Şimali Makedoniya - Polşa qarşılaşmasının baş hakimi olacaq çexiyalı Tomas Klimanın işini qiymətləndirəcək.
Görüş oktyabrın 11-də Polşadanın Torun şəhərində keçiriləcək və Bakı vaxtı ilə saat 18:00-da başlanacaq.