"Zirə"nin müxtəlif güclü tərəfləri var" - "Omoniya"nın baş məşqçisi

"Zirə"nin müxtəlif güclü tərəfləri var" - "Omoniya"nın baş məşqçisi

"Zirə" UEFA Konfrans Liqasının pley-off mərhələsində sabah "Omoniya" ilə qarşılaşacaq.

Mediasport.az xəbər verir ki, Kipr təmsilçisinin baş məşqçisi Valdas Dambrauskas matçdan öncə mətbuat konfransında iştirak edib.

Çalışdırıcı "Zirə"nin müdafiədə kifayət qədər yaxşı təsir bağışladığını söyləyib:

"Bu matçda çox diqqətli olmalıyıq. Yaxşı nəticə qazanacağımıza inanıram. Bizim kimi, azarkeşlərimiz də "Zirə" ilə qarşılaşmanı səbirsizliklə gözləyir. Onları sevindirəcəyimizə ümid edirəm. Rəqib komandanın müxtəlif güclü tərəfləri var".

Xatırladaq ki, ilk duel sabah Nikosiyadakı GSP stadionunda baş tutacaq və Bakı vaxtilə saat 21:00-da start götürəcək.