Dünya çempionatında növbəti medalımızı Xudiyev qazandı

 Dünya çempionatında növbəti medalımızı Xudiyev qazandı

Taekvondo üzrə Azərbaycan yığması Çunçonda (Koreya) keçirilən yeniyetmələr arasında dünya çempionatında daha bir medal qazanıb.

Mediasport.az xəbər verir ki, 73 kq-dək çəki dərəcəsində mübarizə aparan Hüseyn Xudiyev dünya 3-cüsü olub.

Komandamızın mundialda qazandığı medal sayı 2-yə çatıb.

Daha əvvəl Vasif Səlimov (63 kq) da bürünc medal əldə edib.