Babək Quliyev Avropa Konfrans Liqasının oyununa təyinat alıb
Azərbaycanın beynəlxalq dərəcəli hakim-inspektoru Babək Quliyev UEFA-dan növbəti təyinat alıb.
Mediasport.az xəbər verir ki, o, UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyunları çərçivəsində “Paksi” (Macarıstan) - AEK (Larnaka, Kipr) görüşünün hakim-inspektoru olacaq.
Qeyd edək ki, qarşılaşma iyulun 25-də Paksi şəhərinin eyniadlı stadionunda baş tutacaq.