Vüsal İsgəndərlidən Albaniya Superliqasında növbəti qol
Son oyunlarda Azərbaycan yığma komandasına dəvət almayan Vüsal İsgəndərli Albaniya Superliqasında növbəti qolunu vurub.
Mediasport.az xəbər verir ki, çempionatın lideri "Eqnatiya"nın 28 yaşlı vingeri 10-cu turun "Şkenderbeu" ilə səfər matçında adını tabloya yazdırıb.
O, görüşün startında hesabı açıb və komandası oyunu 1 xalla başa vurub.
"Eqnatiya" 10 turdan sonra 20 xalla birinci pillədə qərarlaşıb. Bir oyun az keçirən "Partizani" eyni xalla 2-ci sıradadır.
Qeyd edək ki, Vüsal bu mövsüm Albaniya çempionatında 3 dəfə fərqlənib, 1 məhsuldar ötürmə ilə yadda qalıb.