Babək Quliyevə UEFA-dan təyinat

  Babək Quliyevə UEFA-dan təyinat

Beynəlxalq dərəcəli hakim-inspektor Babək Quliyev UEFA-dan növbəti təyinat alıb.

Mediasport.az xəbər verir ki, o, UEFA Region Kubokunun 7-ci qrupunun oyunlarının hakim-inspektoru olacaq.

29 oktyabr - 4 noyabr aralığında Bolqarıstanda keçiriləcək qrup oyunlarında ev sahiblərinin "SW Bolqarıstan", İspaniyanın "Araqon", Moldovanın "Anenii Noi" və Belarusun "İvatseviçi-Duss" klubu mübarizə aparacaq.