Bakı kəndləri birinciliyi: 400-ə yaxın cüdoçu tatamiyə çıxacaq
400-ə yaxın cüdoçunun iştirakı ilə aprelin 13-14-də kiçik yaşlı yeniyetmələr arasında (U-13) Bakı kəndləri birinciliyi keçiriləcək.
Mediasport.az xəbər verir ki, yarış Gənclər və İdman Nazirliyi, “Bakı Abadlıq Xidməti” MMC və ACF-nin birgə təşkilatçılığı ilə baş tutacaq. Turnirə Bakı kəndlərinin müxtəlif klub, cəmiyyət və idman təşkilatından cüdoçular qatılacaqlar.
Qızlar və oğlanlar arasında 20 çəki dərəcəsində qaliblər müəyyənləşəcək. Turnir Hövsan qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin İdman Sağlamlıq Mərkəzində baş tutacaq.
Yarışın əsas məqsədi kiçik yaşlı yeniyetmələr arasında idman vasitəsi ilə sağlam həyat tərzinin formalaşdırılması ilə yanaşı, Bakı kəndlərində cüdo idman növünə marağın artırılması və cüdonun kütləvi təbliğinə və təşviqinə nail olmaqdır.