Bakıda anşlaq olacaq: "Qarabağ"ın oyununa 26 mindən çox bilet satılıb

Bakıda anşlaq olacaq: "Qarabağ"ın oyununa 26 mindən çox bilet satılıb

Fveralın 22-də UEFA Avropa Liqasının keçid pley-off mərhələsinin cavab görüşü çərçivəsində Bakıda keçiriləcək “Qarabağ” - “Braqa” oyunu üçün satılan bilet sayı açıqlanıb.

Klubdan Mediasport.az saytına verilən məlumata görə, indiyə olan məlumatlara əsasən, 26 min 500 bilet satılıb.

Satışa 30 minə yaxın bilet çıxarılıb.

Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq matç saat 21:45-də başlanacaq.

Bilet satışı davam edir. Biletlərinin qiyməti müvafiq olaraq 5, 20, 30, 75 və 100 manat təşkil edir.

VVIP C və VVIP D sektorlara bilet alaraq, VIP Lounge üstünlüklərindən yararlanmaq istəyən azarkeşlərimiz üçün biletlərin qiyməti isə 300 manatdır.

Satış məntəqələri:

Iticket.az-ın satış məntəqələri (iticket.az-da onlayn satış);

Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şopu;

Tofiq Bəhramov adına Respublika stadionunun kassaları;

Heydər Əliyev sarayının kassaları;

”Changan Azerbaijan”da isə VVIP, VIP və CAT 1 biletlər satılacaq.