"Qarabağ" - "Ferensvaroş" qarşılaşmasında 6 qol vuruldu

"Qarabağ" - "Ferensvaroş" qarşılaşmasında 6 qol vuruldu

Avstriyada təlim-məşq toplanışında olan "Qarabağ" yoldaşlıq görüşü çərçivəsində ilk oyununu keçirib.

MediaSport.az xəbər verir ki, Qurban Qurbanovun komandası "Ferensvaroş"la qarşılaşıb.

Macarıstan klubu ilə matçda qapılara 6 qol vurulub və 3:3 hesabı qeydə alınıb. Ağdam təmsilçisinin heyətində Nəriman Axundzadə dublla yadda qalıb, digər qolu Leandro Andrade vurub.