Bakıda beynəlxalq qış yarışı keçiriləcək - 4 ölkə yarışacaq

Bakıda beynəlxalq qış yarışı keçiriləcək - 4 ölkə yarışacaq

Paytaxt Bakı atletika üzrə beynəlxalq qış yarışına ev sahibliyi edəcək.

Mediasport.az xəbər verir ki, əməkdar məşqçi Aleksandr Antipovun xatirəsinə həsr olunan yarış 2-3 fevralda baş tutacaq.

Respublika Olimpiya Mərkəzində keçiriləcək turnirdə Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Saxa Respublikasından (Yakutiya) olan atletlər mübarizə aparacaqlar.

Yarış Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyır.