Yaponiyada Azərbaycanın növbəti dünya çempionu - Səid Nəcəfzadə!
Azərbaycanın daha bir paraatleti Yaponiyanın Kobe şəhərində keçirilən dünya çempionatında qızıl medal qazanıb.
Mediasport.az xəbər verir ki, T12 kateqoriyasında yarışan Səid Nəcəfzadə uzunluğa tullanmada 7,30 metr nəticə ilə dünya çempionu olub.
Bu, 25 yaşlı Avropa çempionumuzun ilk dünya çempionluğudur. Səid Nəcəfzadə ötən il Parisdə təşkil edilən dünya çempionatında bürünc medal əldə etmişdi.
İdmançımız həmçinin Tokio Paralimpiadasının bürünc medalçısıdır.
Xatırladaq ki, iki gün əvvəl digər təmsilçimiz Lamiyə Vəliyeva 100 metr məsafəyə qaçış yarışında dünya çempionu tituluna yiyələnib.