Lamiyə Vəliyeva Universiadada yarımfinala rekord qırmaqla çıxdı
Azərbaycanın qadın atleti Lamiyə Vəliyeva Çinin Çendu şəhərində keçirilən XXXI Ümumdünya Yay Universiadasında yarımfinala çıxıb.
MediaSport.az xəbər verir ki, idmançımız 400 metr məsafəni 55.48 saniyəyə qət edib.
Vəliyeva bununla həm böyüklər, həm də 23 yaşadək qadınlar arasında Azərbaycan rekordunu da yeniləyib.
Fəxriyyə Tağızadə isə uzunluğa tullanma üzrə yarışda 5.78 metr nəticə ilə mübarizəni təsnifat mərhələsində dayandırıb.