Para-atletlərimiz Dubaya yollandılar

Para-atletlərimiz Dubaya yollandılar

Azərbaycan para-atletləri Birləşmiş Ərəb Əmirliklərində keçiriləcək Qran-pridə iştirak etmək üçün Dubaya yola düşüblər.

mediasport.az xəbər verir ki, yarışda ölkəmizi Elvin Astanov, Elçin Muradov və Lamiyə Həsənova təmsil edəcək.

Paris-2024 XVII Yay Paralimpiya Oyunlarına reytinq xalları qazandıran Qran-pridən öncə Beynəlxalq Paralimpiya Komitəsinin qaydalarına uyğun olaraq idmançılar üçün tibbi təsnifat keçiriləcək. Tibbi təsnifatdan uğurla keçmiş para-atletlər yarışda iştirak hüququ əldə edəcəklər.

Qran-pri fevral 22-də başlayacaq və martın 2-dək davam edəcək.