Bakıya gələn beynəlxalq turnirin iştirakçıları Fəxri Xiyabanda olub

Bakıya gələn beynəlxalq turnirin iştirakçıları Fəxri Xiyabanda olub

Bakıda Heydər Əliyevin xatirəsinə həsr olunmuş həndbol üzrə beynəlxalq yarışa start verilib.

Mediasport.az xəbər verir ki, Azərbaycan Həndbol Federasiyasının (AHF) kollektivi, turnirin iştirakçıları Fəxri Xiyabanı ziyarət ediblər.

Heydər Əliyevin xatirəsi dərin ehtiramla yad edilib, məzarı önünə əklil və gül dəstələri qoyulub.

Görkəmli oftalmoloq, akademik Zərifə Əliyevanın da xatirəsi yad edilib, məzarı üzərinə tər çiçəklər düzülüb.