30-cu Azərbaycan çempionatının təqvimi müəyyənləşib

30-cu Azərbaycan çempionatının təqvimi müəyyənləşib

Həndbol üzrə 30-cu Azərbaycan çempionatının təqvimi müəyyənləşib.

Mediasport.az xəbər verir ki, kişi və qadınlar arasında təşkil olunacaq yarışıpn püşkatma mərasimi keçirilib.

2023/2024-cü illər mövsümünə noyabrın 11-də start veriləcək. Qadınlar arasında 6 (“Azəryol”, “Bakı”, “İdman Akademiyası”, “Gənclər Birliyi”, “Kür”, “Qarabağ”), kişilərin mübarizəsində isə 7 (“Azəryol”, “Bakı”, “Dinamo”, “İdman Akademiyası”, “Kür”, “Təhsil”, “Qarabağ”) komanda mübarizə aparacaq.

Ölkə çempionatının oyunları “AHF Arena”da keçiriləcək.


I turun təqvimi:


Qadınlar

11 noyabr

13:00. “Azəryol” - “Gənclər Birliyi”

17:00. “Kür” – “Qarabağ”

12 noyabr

13:00. “Bakı” - “İdman Akademiyası”


Kişilər

11 noyabr

15:00. “Kür” – “Təhsil”

12 noyabr

11:00. “İdman Akademiyası” - “Dinamo”

15:00. “Azəryol” - “Qarabağ”