Maliyyə reqlamentini pozan komanda 2.2 milyon cərimələndi

Maliyyə reqlamentini pozan komanda 2.2 milyon cərimələndi

"Formula 1" üzrə Dünya çempionatında çıxış edən "Red Bull" komandası böyük məbləğdə cərimələnib.

mediasport.az xəbər verir ki, Avstriya təmsilçisi maliyyə reqlamentini pozduğu üçün 7 milyon ABŞ dolları ziyana düşüb.

İkiqat dünya çempionu Maks Ferstappenin çıxış etdiyi komanda büdcə həddini 2,2 milyon dollar keçib. "Aston Martin" isə prosedur pozuntusuna görə cərimə edilib.