Dünyaşöhrətli niderlandlı DJ Hardvell Bakıda konsert verəcək - "Formula 1"

Dünyaşöhrətli niderlandlı DJ Hardvell Bakıda konsert verəcək - "Formula 1"

Bakıda 7-ci dəfə keçiriləcək "Formula 1" üzrə Azərbaycan Qran-prisində məşhur niderlandlı musiqiçi, DJ Hardvell səhnə alacaq.

Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən (BŞH) "mediasport.az" saytına verilən məlumata görə, elektronik rəqs musiqisinin qabaqcıllarından hesab olunan 35 yaşlı sənətçi aprelin 29-da çıxış edəcək.

Hardvell “Spaceman”, “Apollo” və “Thinking About You” daxil olmaqla bir sıra qlobal hitləri ilə dünyanın ən çox tələb olunan DJ-lərindən biridir. Karyerası boyu bir sıra mükafatlara layiq görülən dünyaşöhrətli sənətçi Bakıda azarkeşləri şənbə günü salamlayacaq.

Azərbaycan Qran-prisi 28-30 aprel tarixlərində təşkil olunacaq.