Kanada Qran-prisinin qalibi müəyyənləşdi: 6-cı dəfə birinci oldu

Kanada Qran-prisinin qalibi müəyyənləşdi: 6-cı dəfə birinci oldu

"Formula 1" üzrə Kanada Qran-prisinin qalibi müəyyənləşib.

MediaSport.az xəbər verir ki, “Red Bull” komandasının niderlandlı pilotu Maks Ferstappen bütün rəqiblərini qabaqlayıb.

Bu, Ferstappenin cari çempionatda altıncı qələbəsi olub. Monrealda keçirilən yarışda ikinci yeri “Aston Martin” komandasından ispan Fernando Alonso, üçüncü yeri “Mercedes”dən britaniyalı Luis Həmilton tutub.