2026-cı ildə Avropa çempionatı Azərbaycanda keçiriləcək - RƏSMİ
2026-cı ildə qadınlar arasında voleybol üzrə Avropa çempionatının final mərhələsinin keçiriləcəyi ölkələrdən birinin Azərbaycan olacağı təsdiqlənib.
Mediasport.az xəbər verir ki, bu barədə Avropa Voldeybol Konfederasiyası (CEV) açıqlama yayıb.
Ölkəmiz qitə birinciliyinə Türkiyə, Çexiya və İsveçlə birlikdə ev sahibliyi edəcək.
Hər ölkədə bir qrupun oyunları keçiriləcək. Pley-off və həlledici matçlar Türkiyədə təşkil olunacaq.
Final mərhələsində mübarizə aparacaq 24 milli komandadan 12-si məlumdur: Ev sahibləri ilə yanaşı, Serbiya, Niderland, İtaliya, Polşa, Fransa, Bolqarıstan, Ukrayna və Slovakiya da bu hüququ əldə edib.
Digər 12 yığma 2025-ci ilin avqustunda müəyyənləşəcək.