Baş nazir Əli Əsədov İWF rəhbəri Məhəmməd Caludla görüşüb

Baş nazir Əli Əsədov İWF rəhbəri Məhəmməd Caludla görüşüb

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının (İWF) prezidenti Məhəmməd Caludla görüşüb.

Mediasport.az xəbər verir ki, görüşdə Azərbaycanda idmanın inkişafı məqsədilə həyata keçirilən ardıcıl tədbirlər barədə söhbət açılıb.

İdmançıların yüksək dövlət qayğısı ilə əhatə olunduğu, ölkədə müasir idman infrastrukturunun yaradıldığı bildirilib.

Qeyd edilib ki, bütün bunlar idmançılarımızın mötəbər beynəlxalq turnirlərdə uğur qazanmalarına zəmin yaradıb.

Azərbaycanda digər idman növləri ilə yanaşı ağırlıqqaldırmanın inkişafına və kütləviləşməsinə dövlət tərəfindən böyük diqqət yetirildiyi vurğulanıb.

Görüşdə Azərbaycan Ağırlıqqaldırma Federasiyası ilə Beynəlxalq Ağırlıqqaldırma Federasiyası arasında mövcud əməkdaşlığın möhkəmləndirilməsi ilə bağlı məsələlər müzakirə də olunub.