Özbəkistan millisinin 1 aylıq Azərbaycan səfəri start götürüb

  Özbəkistan millisinin 1 aylıq Azərbaycan səfəri start götürüb

Özbəkistan ağırlıqqaldırma üzrə milli komandası Azərbaycanda təlim-məşq toplanışındadır.

Mediasport.az xəbər verir ki, ölkəmizə 14 idmançı ilə gələn Asiya təmsilçisi bir ay Bakıda hazırlıq keçəcək.

Ağırlıqqaldıranlar arasında Ruslan Nurudinov və Əkbər Curayev də var. Ruslan Rio-2016, Əkbər isə Tokio-2020 Yay Olimpiya Oyunlarının qalibidir.

Özbəkistan millisinin Bakıda təlim-məşq toplanışı keçməsində məqsəd fevralda baş tutacaq Asiya çempionatına və yayda təşkil olunacaq Paris-2024 Yay Olimpiya Oyunlarına hazırlaşmaqdır.