Azərbaycan kuboku: Məmmədov qızıl medala layiq görülüb

Azərbaycan kuboku: Məmmədov qızıl medala layiq görülüb

16-17 dekabr tarixlərində keçirilən ağırlıqqaldırma üzrə Azərbaycan kuboku davam edir.

Mediasport.az xəbər verir ki, kişilərin mübarizəsində körpücük üzərinə çəkisi 67 kiloqram olan atletlər çıxıblar.

Ümumilikdə 256 kq (116+140) nəticə göstərən Tehran Məmmədov qızıl medal qazanıb.

Fuad Həsənov 2-ci (233 kq, 110+123), Turan Əliyev isə 3-cü (224 kq, 101+123) olub.

Xatırladaq ki, çempionat Şüvəlan qəsəbəsindəki Ağır Atletika Mərkəzinin yarış zalında keçirilir.