İdmançımız Tailandda keçirilən Dünya Kubokunda 5-ci olub

İdmançımız Tailandda keçirilən Dünya Kubokunda 5-ci olub

Azərbaycan ağırlıqqaldıranı Nazilə İsmayılova Tailandın Puket şəhərində keçirilən Dünya Kubokunda çıxış edib.

Mediasport.az xəbər verir ki, 45 kq çəki dərəcəsində mübarizə aparan idmançımız yekunda 5-ci yeri tutub.

Təmsilçimiz toplam 127 kq-ın (55+72) öhdəsindən gələ bilib.

Qeyd edək ki, Dünya Kuboku aprelin 11-də başa çatacaq.

Azərbaycan millisi Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya xarakterli son turnirdə 5 idmançı ilə təmsil olunur.