Sofiyada TARİXİ GÜN: Dadaş Dadaşbəyli 3 qızıl medalla Avropa çempionu oldu!

Sofiyada TARİXİ GÜN: Dadaş Dadaşbəyli 3 qızıl medalla Avropa çempionu oldu!

Azərbaycan ağırlıqqaldıranı Dadaş Dadaşbəyli Avropa çempionatında tarixi uğura imza atıb.

Mediasport.az xəbər verir ki, idmançımız Bolqarıstanın paytaxtı Sofiyada keçirilən qitə birinciliyində 3 qızıl medal qazanıb.

Millimizin lideri Avropa çempionu titulunu 109 kq çəki dərəcəsində əldə edib.

Dadaşbəyli birdənqaldırma hərəkətində 176 kq-ın öhdəsindən gəlib və bu hərəkətdə Avropa çempionatının qalibi olub.

Atletimiz təkanlaqaldırma hərəkətində də eyni uğuru təkrarlayıb. O, 212 kq-ı başı üzərinə qaldıraraq bu hərəkətdə də qızıl medal qazanıb.

Toplam 388 kq (176+212) nəticə ilə yekun sıralamada da Avropada hər kəsi qabaqlayaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Kişilər arasında bu uğura sonuncu dəfə 2012-ci ildə Türkiyənin Antalya şəhərində keçirilən Avropa çempionatında Əfqan Bayramov imza atmışdı.