Ardıcıl 11-ci, ümumilikdə isə 33-cü dəfə Almaniya çempionu oldular

Ardıcıl 11-ci, ümumilikdə isə 33-cü dəfə Almaniya çempionu oldular

Futbol üzrə Almaniya Bundesliqası başa çatıb.

mediasport.az xəbər verir ki, qalibin son turda müəyyənləşdiyi birinclikdə "Bavariya" ardıcıl 11-ci, ümumilikdə isə 33-cü çempionluğunu qazanıb.

Çempionluq üçün ideal imkana malik Dortmund "Borussiya"sı doğma meydanda "Mayns"ın müqavimətini qıra bilməyincə (2:2), səfərdə "Köln"ü məğlub edən (2:1) Münhen klubu növbəti uğurunu rəsmiləşdirib.

Hər iki komandanın xalları bərabər olsa da (71), "pivəçilər" rəqiblərini həm şəxsi oyunlarda, həm də top fərqində qabaqlayıblar.