"Liverpul" Gürcüstan millisinin üzvü ilə müqavilə bağladı - RƏSMİ
İngiltərə nəhəngi "Liverpul" Gürcüstan milli komandasının qapıçısı Giorgi Mamardaşvilini transfer edib.
Mediasport.az xəbər verir ki, İspaniyanın "Valensiya" klubunun qolkiperi "qırmızılar"a gələn ilin yayında qoşulacaq.
23 yaşlı Giorgi o vaxtadək icarə əsasında hazırkı komandasında çıxışlarını davam etdirəcək.
Xatırladaq ki, əlcək sahibi "yarasalar"a 2021-ci ilin yayında Tbilisi "Dinamo"sundan qoşulub.