Şahruddinin komandası 31 yaşlı vinger transfer edib - RƏSMİ
Futbol üzrə Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyevin komandası "Adana Dəmirspor" heyətini gücləndirib.
Mediasport.az xəbər verir ki, Superliqa klubu "Santos"dan Stiven Mendoza ilə 1,5+1 illik müqavilə imzalanıb.
31 yaşlı kolumbiyalı vinger "Korintians", "Çennaiyin", "Nyu-York Siti", "Bahia", "Amyen", "Seara" klublarında da oynayıb.