Bədavi Hüseynovun neçə müddət futbol oynamayacağı dəqiqləşdi

Bədavi Hüseynovun neçə müddət futbol oynamayacağı dəqiqləşdi

Azərbaycan Premyer Liqasının 17-ci turunun "Sumqayıt"la matçında zədələnən "Qarabağ"ın futbolçusu Bədavi Hüseynovun neçə müddət futbol oynamayacağı dəqiqləşib.

Ağdam klubundan Mediasport.az saytına verilən məlumata görə, 33 yaşlı müdafiəçi təxminən 1 ay yaşıl meydanlardan kənarda qalacaq.

Hüseynov 2 həftədən sonra bərpa prosesinə başlayacaq.

Xatırladaq ki, "köhlən atlar"ın heyətində daha əvvəl digər mərkəz müdafiəçiləri - Kevin Medina və Bəhlul Mustafazadə də zədələnib.