"Bütün oyunçular yoruldu və ondan sonra hesabı saxlaya bilmədik"
"Təəssüf ki, yenə də uduzduq. Yenə üç hissə mübarizə apardıq”.
Mediasport.az xəbər verir ki, bu sözləri "Quba" basketbol klubunun baş məşqçisi Şəhriyar Əsgərov deyib.
Mütəxəssis Azərbaycan Basketbol Liqasının 7-ci turunun "Gəncə" ilə görüşü haqda danışıb.
O, 78:95 hesablı məğlubiyyəti şərh edib:
“Rəqibin heyətinin geniş olması öz işini gördü. Bizim basketbolçularımız yoruldu. Dəyişiklik etməyə də oyunçularımız yoxdur. Bu cür güclü rəqiblərlə görüşdə, heç olmasa, 6 legioner olsa, yaxşıdır. Bizdə bütün oyunçular yoruldu və ondan sonra hesabı saxlaya bilmədik.
"Gəncə" də yaxşı mübarizə apardı. Müdafiədə super oynadı. Çalışdıq, əlimizdən gələni etdik. Amma sonda yorğunluq öz sözünü dedi. Hər halda, işləməyə davam edəcəyik. Mövsümün əsas hissəsi qarşıdadır”.
Xatırladaq ki, mövsümdə 5-ci məğlubiyyətini alan “Quba” 7 turdan sonra 9 xalla B qrupunun sonuncu pilləsində qərarlaşıb.