Azərbaycan futbolunda ilk yaşandı
Azərbaycan futbol tarixində ilk dəfə Naxçıvandan olan hakimlər briqadası AFFA-nın təşkil etdiyi Respublika dərəcəli yarışa təyinat alıblar.
Mediasport.az xəbər verir ki, bu, U-17 Liqasının XIX turunda keçirilən “Neftçi” – “Şamaxı” oyununda reallaşıb.
“Neftçi Futbol Mərkəzi”ndə baş tutan matçı Pərviz İbrahimov idarə edib.
Vüsal Xəlilzadə və İlkin Mustafazadə baş hakimin köməkçiləri qismində fəaliyyət göstəriblər.