Millimiz Şimali Makedoniyaya qarşı - Heç vaxt qələbə qazanmamışıq
Bu gün milli komandamız Beynəlxalq Yoldaşlıq Oyunu çərçivəsində Şimali Makedoniya yığması ilə qarşılaşacaq.
3 gün əvvəl Kişinyovda Moldova millisini məğlub edən (2:1) yığmamızın makedonlarla matçı Skopye şəhərində keçiriləcək. Oyunu Albaniyadan olan hakimlər briqadası idarə edəcək.
Ardıcıl 4 matçdır qələbə qazanan Canni De Byazinin komandası uğurlu seriyanı davam etdirməyə çalışacaq. Bu, əsas millilər çərçivəsində 8-ci qarşıdurma olacaq. 2019-cu ilə qədər Makedoniya Respublikası adlanan ölkə ilə keçirdiyimiz 7 görüşün heç birində qələbə qazana bilməmişik. Bu duellərin 5-i yoldaşlıq, 2-si rəsmi - DÇ-nin seçmə mərhələsində reallaşıb. Rəqiblər yalnız 2 dəfə heç-heçə etmişik. Qalan 5 oyunda uduzan Azərbaycan millisi bu qarşılaşmalarda ümumilikdə 5 qol vurub, qapısından 14 top buraxıb.
Beynəlxalq Yoldaşlıq Oyunu
Makedoniya - Azərbaycan
Baş hakim: Enea Yorqji
Yan xətt hakimləri: İlir Tartaray, Doyando Miftari
Dördüncü hakim: Yovan Kaçevski (Şimali Makedoniya)
Skopye. “Todor Proeski Milli Arena”sı. 17:00
Makedoniya ilə indiyədək keçirdiyimiz oyunlar
1.27.07.2000 Makedoniya – Azərbaycan 2:1 YO, Varna şəhəri
2.06.10.2000 Makedoniya – Azərbaycan 3:0 DÇSO, Skopye
3.05.09.2001 Azərbaycan – Makedoniya 1:1 DÇSO, Bakı
4.29.05.2010 Azərbaycan – Makedoniya 1:3 YO, Avstriya
5.10.08.2011 Azərbaycan – Makedoniya 0:1 YO, Bakı
6.29.05.2016 Azərbaycan – Makedoniya 1:3 YO, Zvadorf, Avstriya
7.27.03.2018 Azərbaycan – Makedoniya 1:1 YO, Antalya, Türkiyə
mediasport.az