"Səhvlərimizdən nəticə çıxaracağıq" - Bəhlul Mustafazadə
"Bilirdik ki, Ludoqorets" çətin rəqibdir. Düşünürəm ki, yaxşı oynadıq. Amma təəssüflər olsun ki, qol buraxdıq".
Mediasport.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın futbolçusu Bəhlul Mustafazadə deyib.
26 yaşlı müdafiəçi UEFA Çempionlar Liqasının 3-cü təsniat mərhələsinin ilk görüşü çərçivəsinbdə dünən Bakıda məğlub olduqları (1:2) "Ludoqorets"lə duel haqqında fikirlərini bildirib.
Bəzi səhvlər etdiklərini diqqətə çatdıran Mustafazadə gələn həftə Bolqarıstanda keçiriləcək cavab qarşılaşmasında meydana qələbə qazanmaq üçün çıxacaqlarını qeyd edib:
"Rəqibdən belə oyun gözləyirdik, bizi yaxşı analiz etmişdilər. Bəzi şanslarımızdan da istifadə edə bilmədik. Lakin bu son deyil. Bolqarıstanda əlimizdən gələni edəcəyik. Bütün Avropada bizi az-çox tanıyırlar. Hakimin də bəzi qərarları oldu. Bəhanə gətirmirəm. Ümumilikdə yaxşı oynadıq. Səhvlərimizdən nəticə çıxaracağıq. Çalışacağıq ki, səfərdə qələbə qazanaq".